Oğuzda güclü dolu və tornado
31.05.2023 [18:06]
Bu gün, may ayının son günü saat 14.30 dan başlayaraq Oğuz rayonu ərazisində xüsusən də şəhər mərkəzində hava şəraiti qəflətən dəyişib. Leysan yağışı qısa zaman ərzində dolu ilə əvəzlənib. Həmçinin rayon ərazisində tornado da müşahidə edilib. Təbiət hadisəsi ilə bağlı hər hansı fəsad qeydə alınmayıb.