Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda eşitmə və danışma məhdudiyyətli şəxslərin festivalı keçiriləcək

01.06.2023 [11:05]

Dünyada hər şeyin öz səsi, melodiyası var. Təəssüf ki, bəzi insanlar bu səsləri olduğu kimi eşidə və duya bilmirlər. Ancaq bu onlara sosial-aktiv olmağa və arzularını reallaşdırmağa mane olmur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin yetirmələri Azərbaycanda ilk dəfə keçiriləcək “Eşitmə məhdudiyyətli şəxslərin mədəniyyət festivalı”na hazırlaşırlar.