CƏMİYYƏT


Ölkəmizdə ekoloji mühafizə hansı səviyyədədir

5 İyun Ümumdünya ətraf mühitin mühafizəsi günü olaraq qeyd olunur. Dünyamız hazırda ciddi ekoloji problemlərlə üz üzədir. Ekologiyanın qorunmaması təbiətin məhv olmasına, bunun nəticəsində insan həyatının keyfiyyətinin azalmasına təsir edir. Ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı hər il müxtəlif tədbirlər və kampaniyalar keçirilsə də hələ də bu sahədə ciddi problemlər var. Dövlətimizin apardığı əsas siyasətlərdən biri də ətraf mühitə kənar təsirlərin azaldılmasıdır.