İDMAN


Ronald Hofer: Dağ keçid mərhələləri çətin olacaq

Bu il ilk dəfə sprint yarışlara bonus saniyələr veriləcək. Şuşada dağ mərhələsi olacaq. Şuşa yazılan yerədək dağa qalxıb sonra şəhərin mərkəzin enəcəyik. Finiş xətti isə “Qarabağ” hotelinin qarşısında olacaq. Düşünürəm ki, komandalar Şuşada gözəl vaxt keçirəcəklər. AZƏRTAC xəbər verir ki, bu sözləri “Əziz Şuşa” beynəlxalq velosiped yarışına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Ronald Hofer deyib. O, həmçinin, yarış boyu dağ keçid mərhələləri çox olduğundan, yarışın çətin olacağını deyib.