İDMAN


Beynəlxalq velosiped yarışında iştirakçı sayı dəyişib

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı böyük tədbirdir. Yüksək təşkilatçılığa görə, Azərbaycan Velosiped Federasiyasına təşəkkür edirəm. Yarışda 14 ölkədən 16 komanda iştirak edəcək və bu, veloturun miqyasını göstərir. AZƏRTAC xəbər verir ki, bu sözləri “Əziz Şuşa” beynəlxalq velosiped yarışına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Ronald Hofer deyib.