CƏMİYYƏT


Qızılağac kəndinin köçəri qonaqları

Respublikamız fauna və flora aləmi ilə zəngindir. Ölkəmizin Cənub bölgəsinin əlverişli iqlimi, təbii-coğrafi şəraiti, zəngin bitki örtüyü ilə burada müxtəlif növ quşların da məskən salmasına səbəb olub. Bu ərazilərdə daimi yaşayan quşlarla yanaşı, bəzi fəsillərdə buraya gələn köçəri quşlar da var. Onlardan biri də el arasında “Hacıleylək” kimi tanınan leyləkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qışda digər isti ölkələrə üz tutan hacıleyləklər havalar isinən kimi yenidən Masallının Qızılağac kəndinə qonaq gəlirlər. Bu quşlar hazırda evlərin damında, elektrik dirəklərinin, hündür ağacların ən uca yerlərində yuva qururlar.