İDMAN


Velosiped yarışının ikinci mərhələsi başa çatıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb. İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qətt ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.