İDMAN
“Əziz Şuşa”-nın üçüncü mərhələsinə yekun vuruldu
09.06.2023 [19:05]
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb. AZƏRTAC xəbər verir ki, idmançılar Qəbələ - Gəncə marşrutu üzrə 170 km məsafə qət ediblər. Gəncənin mərkəzinə ən tez çatan velosipedçi belçikalı Yari Verstraeten oldu. Rumıniya millisinin üzvü Mixnea-Aleksandru Harasim ikinci, qazaxıstanlı Anton Kuzmin üçüncü yeri tutub.