ELM VƏ TƏHSİL
Salyanda 57 yaşlı ibtidai sinif müəllimi imtahanda maksimum bal toplayıb
21.06.2023 [19:40]
Xəbərin mətni
Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Əlbəttə, bu imtahan həm də müəllimlərin bilik və bacarıqlarının bir göstəricisidir. Yaxşı pedaqoq olmaq, gələcəyimiz olan şagirdlərə doğru təhsil vermək hər bir müəllimin əsas məqsədidir. İmtahanlar başladı və ilk sevindirici xəbər yayıldı. 57 yaşlı müəllimə Flora Dünyamalıyeva respublika üzrə ilk olaraq maksimum - 60 bal toplayıb.