Azərbaycan Dövlət İnformasiya Agentliyi

“VI ADA 2023” Beynəlxalq Təhsil Konfransı

22.06.2023 [17:07]

Xəbərin mətni

ADA Universiteti, Elm və Təhsil Nazirliyi və ABŞ-ın “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin birgə əməkdaşlığı ilə “VI ADA 2023” Beynəlxalq Təhsil Konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, “Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilən konfransın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxış ediblər.