ELM VƏ TƏHSİL


Qarabağ regionunda müəllimlərin sertifikatlaşdırma imtahanı keçirilib

Dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib. Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə test imtahanları iki mərkəzdə - Ağcabədi şəhər 11 nömrəli və Bərdə şəhər 3 nömrəli tam orta məktəblərdə təşkil edilib. Bərdədə keçirilən imtahanda 452 nəfər, Ağcabədidə keçirilən imtahanda isə 299 nəfər müəllim qeydiyyatdan keçib.