Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
05.07.2023 [16:05]
Xəbərin mətni
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, İranın xarici işlər naziri onu qəbul etdiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.