CƏMİYYƏT


Muxtar Babayev: Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub

Gədəbəyin Söyüdlü kəndinin yaxınlığında yerləşən göl 2011-ci ildə istifadəyə verilib. Orada olan bəndlərin dayanıqlığı ilə bağlı ciddi yoxlamaların aparılması zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bununla bağlı tədqiqatların aparılması nəzərdə tutulur.
Mövcud tullantı anbarının istismar imkanlarının 3 aydan çox olmadığı, ikinci anbarın tikilməsinə razılıq olmamasını nəzərə alaraq müəssisənin işinin cari təmir və ətraf mühitinin sağlamlaşdırılması tədbirlərinin aparılması üçün işin dayandırılması təklif olunur. Beynəlxalq şirkətlərin monitorinqə dəvət olunması üçün danışıqlar aparılması nəzərdə tutulur.