Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mətbuatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

20.07.2023 [10:56]

Xəbərin mətni

Milli mətbuatımızın 148 illiyi və 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI