Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda bədbəxt hadisə

04.08.2023 [17:45]

Xəbərin mətni

Hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb. Ərazidə kustar üsulla su quyusu qazmağa çalışan Əhəd Əhədov və bacıoğlusunu elektrik cərəyanı vurub. Nəticədə Ə.Əhədov dünyasını dəyişib, bacısı oğlu Tural Poladov isə xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.