CƏMİYYƏT
Fiziki məhdudiyyətli rəssamın məhdudiyyətsiz təxəyyülü
08.08.2023 [20:24]
İlahə fiziki məhdudiyyətli doğulsa da heç vaxt öz məqsədlərindən əl çəkməyib və hər zaman özünə inanaraq həyatında uğurlu addımlar atıb. Bacarığı və sevgisi onu Rəssamlıq Akademiyasında təhsil almağa yönləndirib. Akademiyanı müvəffəqiyyətlə bitirən rəssamın əsərləri indi bir çox sərgilərdə nümayiş olunur.