Yevlaxda minik avtomobili yanıb
11.08.2023 [10:03]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhəri, N.Nərimanov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.