İDMAN


Almaniya təmsilçisinin sərras atışı

Bakıda keçirilən dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçmada Almaniya təmsilçisi Doren Vennekamp qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, idmançı 40 xal toplarayaq, bu uğura imza atıb.

Ukrayna yığması isə mundialda ilk medalını əldə edib. Belə ki, Olena Kosteviç 31 xalla komandasına gümüş medal qazandırıb. 25 xalla bürünc mükafata yiyələnən Aqate Rasmane də Latviyanın aktivinə ilk medalı yazdırıb.