MN: Qanunsuz erməni silahlıları Xocalı rayonu istiqamətində fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər
21.08.2023 [12:10]
Xəbərin mətni
Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.