MƏDƏNİYYƏT


Türkiyənin məşhur “MasterChef Türkiye” yarışının növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr edilib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Türkiyənin “TV8” kanalı “MasterChef Türkiye” kulinariya yarışının növbəti buraxılışını Azərbaycana həsr edib.
Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin, veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.