SİYASƏT


Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər sentyabrın 12-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də Gəncə və Bərdə şəhərlərində yerləşən hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.