MƏDƏNİYYƏT


Reza Deqati Vannesdəki konfransda Qarabağdan danışıb

Məşhur fotoqraf Reza Deqatinin Fransanın regionlarında silsilə sərgiləri davam edir. Fransanın Bretany regionunun Vannes (Vann) şəhərində “Sükutun dərinliyi” adlı sərgisi çərçivəsində fotoqrafın iştirakı ilə konfrans keçirilib. Sözünü, fikirlərini fotoları vasitəsilə çatdıran R.Deqati bu dəfə konfransda hər bir şəklin tarixi və çəkildiyi məqamlar haqqında ətraflı məlumat verib. O, fəaliyyətində daha çox insan amilinə önəm verdiyini bildirib.