Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralananlara tibbi yardım göndərilib
26.09.2023 [00:12]
Xəbərin mətni
Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.
Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində yaralananlar var.