CƏMİYYƏT


AZƏRTAC-ın jurnalistlərinin iş prosesi “TRT Haber” ekranlarında

“TRT Haber” Laçında AZƏRTAC-ın jurnalistlərinin iş prosesindən reportaj hazırlayıb. “TRT Haber”in videoreportajında bildirlir ki, köçü çəkmək üçün gələnlər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Loğman Avaz və operator Vüsal Vidadioğlu da var: “Loğmanın anası və atası 31 il əvvəl Ağdamdan sürgün olunublar. Ailəsi Füzulidən qaçanda Vüsalın isə cəmi 5 yaşı olub. 2023-cü il Sentyabrın 19-nu hər ikisi qəlblərinə məlhəm kimi həkk ediblər. 31 il əvvəl ailələrinin əzab-əziyyətlə sürgün edildiyi dogma torpaqlarından onlar indi köç edən ermənilərin reportajını hazırlayırlar.”