İQTİSADİYYAT


Nazir: Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet vəzifələrindəndir

Abşeron yarımadasında yaşıllıq sahəsi 21 min hektar təşkil edir. Yeni yaşıllıq sahələrinin də yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 30-da Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, hazırda ölkəmizin müxtəlif regionlarında ağacəkmə kampaniyası keçirilir. Əsas məqsədlərdən biri ətraf mühitin mühafizəsi və yaşıllığın təmin edilməsidir.