Prezident: Azərbaycanın və Gürcüstanın icra etdiyi layihələr təkcə Cənubi Qafqaz üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır
08.10.2023 [15:53]
Xəbərin mətni
Bu gün Gürcüstan və Azərbaycan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.