Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava limanında külli miqdarda psixotrop maddə aşkarlandı

09.10.2023 [11:14]

Xəbərin mətni

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Yeni Zellandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə külli miqdarda, 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.