Səbail rayonunda avtomobilində baş verən yanğın söndürülüb
09.10.2023 [12:23]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının yaxınlıqdakı nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.