SİYASƏT


RF XİN: Azərbaycan və Ermənistan XİN nazirlərinin görüşü nəzərdən keçirilir

Moskva bu il oktyabrın 12-də Bişkəkdə MDB-nin sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi imkanını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə RBK agentliyinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O deyib: “Bu il oktyabrın 12-də Bişkəkdə MDB-nin sammiti çərçivəsində xarici işlər nazirləri səviyyəsində bu diskussiyaların aparılması imkanını nəzərdən keçiririk. Artıq Azərbaycan tərəfi prinsipial razılıq verib. Hesab edirik ki, erməni tərəfi də bu məsələyə məsuliyyətlə yanacaq və həmin danışıqlarda iştirak etməyə razılıq verəcək”.