Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə naziri: COVİD-19 tibb təhsilində yeni yanaşmalar ortaya çıxardı

09.10.2023 [16:03]

Xəbərin mətni

“Son dövrlərdə bəşəriyyətin keçdiyi ciddi səhiyyə sınaqları tibb təhsilində yeni yanaşmanı labüd etdi. COVİD-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik və səhiyyə sistemlərinə ciddi təhdidlər cəmiyyətin yaşam dəyərləri arasında sağlamlığı önə çıxardı”. Bu fikirləri səhiyyə naziri Teymur Musayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransın açılış mərasimində deyib.