Lənkəranda yolu keçmək istəyən məktəblini avtomobil vurdu
09.10.2023 [17:16]
Xəbərin mətni
Lənkəranda yolu keçmək istəyən 12 yaşlı məktəblini avtomobil vuraraq öldürüb. Hadisə günorta saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, "Mercedes" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olub və işıqforun qırmızı xəttindən keçib. Bu zaman piyada Süleyman Nəzərzadə marşrutdan düşüb yolu keçmək istəyib və maşın onu vurub.