Səfir: Bu müharibə uzun sürəcək, çətin olacaq, amma biz nə etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq
09.10.2023 [19:17]
Xəbərin mətni
İsrailin Azərbaycandakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrlə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, açıqlamada oktyabrın 7-nin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağı qeyd olunub. Vurğulanıb ki, HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözlənilməz müharibəyə başlayıb.
Səfir bildirib ki, baş verən hadisələr nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb. Hücumun vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.