ANAMA sahə əməkdaşlarına təlim keçib
10.10.2023 [14:03]
Xəbərin mətni
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təlimatçıları tərəfindən sahə əməkdaşlarına Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 (Explosive Ordnance Disposal) - birinci səviyyəli “Partlayıcı Sursatların Zərərsizləşdirilməsi” təlimi keçirilib.
Təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, partlayıcı maddələrlə tanışlıq, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.