Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir
10.10.2023 [14:37]
Bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistanın xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak edirlər.
Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına məktubunu oxuyub.