Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə daha 21 ailəyə evlərinin açarları təqdim olundu

10.10.2023 [16:36]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 21 ailə, o cümlədən 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub.