Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuliyə köçən daha 22 ailə mənzillərinin açarlarını təhvil alıb

11.10.2023 [16:35]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuliyə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuliyə qayıdan daha 22 ailə Azərbaycan dövləti tərəfindən tikilən mənzillərinin açarlarını təhvil alıblar.