SİYASƏT


Nikol Paşinyan Ermənistan kanalında Azərbaycanla bağlı növbəti saxta iddialarını səsləndirib

Oktyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi bir sıra iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini açıq-aşkar göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilir.
Açıqlamada, həmçinin qeyd olunur: “Azərbaycanın guya “Avropa Siyasi Birliyi”nin Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin ölkəmizin sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabrından etibarən Ermənistanın heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik. Ermənistandan fərqli olaraq, Azərbaycan Ermənistanın uzun müddət heç bir rəy vermədiyi sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olduğu, bütün platformalarda hər bir vasitəçinin səylərinə daim hörmətlə yanaşdığı hər kəsə məlumdur”.