Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Xidməti: Çağırışçıların bölgüsündə şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlər görülür

12.10.2023 [15:33]

Xəbərin mətni

Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclasında deyilib.