Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev adını tarixə əbədi olaraq həkk edib

12.10.2023 [18:16]

Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunub.
Bəyanatda bildirilir ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyini təmin etməklə bərabər, onun dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI