DİN və ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb
13.10.2023 [12:25]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb. Çağırışda təhlükəli ərazilərdə hər bir addımın ölümcül fəsadlar törədə biləcəyi qeyd edilir. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyə çağırış edilib.