Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan ölçüsü üzrə Varşava Konfransında Ermənistanın mina terrorundan danışılıb

13.10.2023 [13:08]

ATƏT sədrinin çağırışı ilə Polşada keçirilən İnsan ölçüsü üzrə Varşava Konfransı davam edir.
AZƏRTAC xəbər verir ki, “Humanitar məsələlər” mövzusunda VIII plenar sessiyada Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarından Yeganə Hacıyeva və Gülməmməd Məmmədov çıxış ediblər.