Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın ittihamlarına cavab verib
13.10.2023 [17:25]
20 sentyabr 2023-cü ildə Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycan nəhayət, öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdi. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib. Nazir müavini qeyd edib ki, Ermənistanın sentyabrın 19-dan bəri Azərbaycana qarşı əsassız ittihamları Qarabağda baş verənləri əks etdirmir.