Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər çoxəsrlik milli dövlətçilik tariximizin qızıl dövrüdür
14.10.2023 [18:48]
Xəbərin mətni
Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə Bakıda, “Gülüstan” sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin qazandığı nailiyyətlərə və tarixi qələbələrə dair məruzələr dinlənilib.