İQTİSADİYYAT


“CIDC-2023” kibermüharibə yarışının finalında 20 komanda yarışacaq

Azərbaycanda ilk dəfə “Kibermüharibə” yarışı keçiriləcək. Bu yarış Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq. Bu barədə keçirilən mətbuat konfransında məlumat verilib ki, final mərhələsinə çatan 20 komanda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar.