Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kibermüharibə yarışının qalibləri açıqlandı

27.10.2023 [21:00]

“Critical Infrastructure Defence Challenge”nin bağlanış mərasimi keçirilib.

Tədbirdə  Dünya üzrə kiberhücumların dəyəri 1 dəqiqədə 1 milyon 850 dollar təşkil etməsi və  dünyada 1 dəqiqədə 7 fişinq hücumun həyata keçirilməsi kimi maraqlı faktlar səsləndirilib. Bağlanış mərasimində iştirak  edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev belə yarışların keçirilməsi nəticəsində gələcəkdə daha yaxşı mütəxəssislərin yetişdirilməsinin mümkünlüyünü deyib.