Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Ekspo Mərkəzində süni intellektə əsaslanan layihələr nümayiş olunur

25.11.2023 [16:30]

Xəbərin mətni

Azərbaycanlı əkiz qardaşlar - Fərid və Rüfət Şıxıyev Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə Azərbaycan stendində süni intelekt əsasında qurulmuş layihələrini ictimaiyyətə təqdim ediblər. Qardaşların hazırladıqları süni intelektə əsaslanan “Əlillik arabası” (Wheelchair) Azərbaycanla yanaşı sərgidə Qazaxıstan və Türkmənistan nümayəndələrinin marağına səbəb olub.