CƏMİYYƏT


Laçındakı istixanalar hesabına sakinlərin meyvə-tərəvəz tələbatı ödəniləcək

Laçın şəhərindən 8 kilometr məsafədə, Zerti kəndində yerləşən aqro və sənaye parkında bir sıra müəssisələr fəaliyyətə başlayıb. Artıq parkda olan istixanalarda becərmə işləri aparılır. Hər birinin sahəsi min kvadratmetrə yaxın olan 12 istixanada müxtəlif növ tərəvəz və Laçın şəhərinin yaşıllığının artırılması üçün dekorativ gül-çiçəklər yetişdirilir.
“Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Laçın torpağı çox münbitdir. Ona görə də heç bir qatqı olmadan istixanalarda ekoloji cəhətdən təmiz və təbii məhsullar yetişdirmək mümkündür.