SİYASƏT
HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər
23.11.2023 [12:19]
Xəbərin mətni
Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.
600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.
Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.