RƏSMİ


Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırdı. Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirdi.