SİYASƏT


Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə təlim-metodiki toplantı çərçivəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.